Paşinyan kilsəyə getdi: “Noldu Paşinyan” mahnısını qoşdularbackend

Paşinyan: “Ermənistan Rusiyaya qarşı yönəlmiş hərəkətlərə yol verməyəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə qarşıdurmaya girmək və ya Moskvanın maraqlarına zidd addımlar atmaq niyyətində olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın Rusiyaya qarşı yönəlmiş hər hansı fəaliyyətə cəlb edilməsi ehtimalları ilə bağlı suallara cavab olaraq səsləndirib.

“Bu, mümkün deyil. Heç kim, hətta cəhd göstərsə belə, bizi Rusiyaya qarşı hərəkətlər modelinə cəlb edə bilməz. Belə cəhdlər də olmayıb”, – deyə Paşinyan vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ermənistan mövcud ikitərəfli münasibətlərə yüksək dəyər verdiyi üçün Rusiya Federasiyası ilə heç bir münaqişəyə girmək niyyətində deyil.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki