Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olması Ermənistan üçün çox böyük nailiyyət olacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, Paşinyanın sözlərinə görə, hətta Avropa İttifaqı gələcəkdə genişlənməni dayandırmaq qərarı versə belə, Ermənistan yenə də böyük qazanc əldə etmiş olacaq.
“Əgər biz Avropa İttifaqına üzv olmağı bacarsaq, bu, çox böyük nailiyyət olacaq. Əgər hər hansı səbəbdən Aİ artıq genişlənməmək qərarına gəlsə belə, biz yenə də çox şey qazanmış olacağıq. Çünki o zaman Ermənistan Aİ standartlarına tam uyğun bir ölkəyə çevriləcək. Bu iş Avropa İttifaqı üçün deyil, Ermənistan Respublikasının vətəndaşları üçün görülür”, – deyə Paşinyan vurğulayıb.
Jalə
























