image-5907953backend

Pakistanda nəzarət-buraxılış məntəqəsində baş verən ölümcül hücumda 12 nəfər həlak olub

Əfqanıstan sərhədinə yaxın Bajaur rayonunda Pakistan ordusunun nəzarət-buraxılış məntəqəsinə güclü intihar hücumu edilib. Partlayıcı maddələrlə dolu avtomobilin postun divarına çırpılması nəticəsində 11 hərbçi və bir uşaq həlak olub. Qadın və uşaqlar da daxil olmaqla 7 nəfər yaralanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hücumdan sonra əraziyə daxil olmağa çalışan silahlılar zərərsizləşdirilib, qaçmağa cəhd edən 12 nəfər isə öldürülüb. Rəsmi açıqlamada hücumçular “xəvaric” adlandırılıb. Bu termin Pakistan hakimiyyətinin Tehrik-i-Taliban Pakistan (TTP) üçün istifadə etdiyi ifadədir.

Son illərdə Pakistanda zorakılıq halları artıb və hücumların böyük hissəsi TTP-nin üzərinə qoyulur. İslamabad TTP-nin Əfqanıstan ərazisində fəaliyyət göstərdiyini iddia edir, lakin TTP bu ittihamları rədd edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki