Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb.
APA-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub.
Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığı məlum olub. Belə ki, 1984-cü il təvəllüdlü A. Həsənov da bıçaqlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
























