Bu gün ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı: Neft Daşlarında 26 (aylıq normanın 139%-i), Sumqayıtda 3, Bakı, Binə, Pirallahıda 2, Maştağada 1 mm-dək.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Göygöldə 16, İmişli, Şəkidə (Kişçay) 10, Balakən, Qaxda (Sarıbaş) 6, Biləsuvar, Sabirabadda 5, Şirvan, Qobustan, Beyləqan, Zaqatala, Goranboy, Gədəbəy, Ordubad, Tovuz, Naxçıvan, Sədərək, Quba, Qusar, Şabran, Xızı, Neftçala, Astara, Ağdam, Cəbrayıl, Şamaxı, Kürdəmir, Naftalan, Zərdab, Tərtər, Bərdə, Hacıqabul, Salyanda 1-4 mm.
Qubadlı, Şuşa, Füzuli rayonlarında isə qısamüddətli yağış yağıb.
Saat 08:15-08:27 radələrində Yardımlı rayonunda güclü leysan yağışı ilə müşayiət olunan, diametri 18-20 mm olan dolu düşüb.
***
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur.
Qafqazinfo”ya istinadən xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb.
Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir.









