image-iran-hurmuz-bogazinda-uyarilari-dikkate-almayan-10-petrol-tankerini-vurdugunu-duyurdubackend

İran Hörmüz boğazında daha bir supertankeri vurduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki gün ərzində Hörmüz boğazında üçüncü supertankerin vurulduğunu və gəmidə yanğın baş verdiyini iddia edib.

İNFOAZ.MEDİA xəbər verir ki,  SEPAH-ın açıqlamasına görə, tanker boğazdan çıxmağa çalışarkən naviqasiya sistemini söndürüb və xəbərdarlıqlara məhəl qoymayıb.

Hücumun nəticələri və tankerin hansı ölkəyə məxsus olduğu barədə əlavə məlumat verilməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki