image-images-84backend

Bardella: Gənclər Fransa tarixinin böyüklüyünü bilmədən ölkələrini necə sevə bilərlər?

Fransanın ifrat sağçı lideri Jordan Bardella ölkə gənclərinə Fransa tarixinin öyrədilməsinin vacibliyindən danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki,  O bildirib ki, xüsusilə mühacir ailələrindən olan gənclərdə Fransaya sevgi və bağlılıq formalaşdırmaq üçün ölkənin tarixi irsi, keçmişi və nailiyyətləri onlara aşılanmalıdır.

Bardella qeyd edib ki, Napoleon Bonapart, XIV Lüdovik, Janna d’Ark və general Şarl de Qoll kimi tarixi şəxsiyyətləri tanımayan gənclərin Fransa tarixinin əzəmətini dərk etməsi çətindir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki