image-2_weather-snow-cars-768x403backend

Temperatur enəcək, havalar soyuyur – Soyuq qış YAXINLAŞIR: TARİX BİLİNDİ

Azərbaycanda oktyabr ayının ikinci yarısında hava şəraitinin dəyişəcəyi, temperaturun tədricən aşağı düşəcəyi gözlənilir.Azərbaycanda oktyabr ayının ikinci yarısında hava şəraitinin dəyişəcəyi, temperaturun tədricən aşağı düşəcəyi gözlənilir.

Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində bəzi yerlərdə qısamüddətli az yağış yağması ehtimalı var. Havanın temperaturunun gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Paytaxt üzrə uzunmüddətli hava proqnozlarında isə oktyabrın 22-dən etibarən yağıntı ehtimalı göstərilir. Sonrakı günlərdə temperaturun aşağı düşəcəyi və havanın daha sərin olacağı proqnozlaşdırılır. Lakin bu tarixlər uzunmüddətli proqnoza əsaslandığından dəyişə bilər.

Bununla belə, yağışların ölkənin bütün ərazilərində eyni vaxtda başlayacağı gözlənilmir. Milli Hidrometeorologiya Xidmətinin gündəlik məlumatlarında ayrı-ayrı rayonlarda yağıntı ehtimalı fərqli göstərilir.// Ajansaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki