Ərdoğanbackend

Ərdoğan: Bütün regionda sülh və sabitliyin bərqərar olmasını istəyirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regional siyasəti və sülhə yanaşması barədə danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan Türkiyənin mövqeyinin, həssas məsələlərə yanaşmasının və müdafiə etdiyi prinsiplərin aydın olduğunu bildirib.

O vurğulayıb ki, Türkiyə hadisələrə heç vaxt etnik və ya məzhəb prizmasından yanaşmır.

Ərdoğan bütün regionda sülh və sabitliyin bərqərar olmasını istədiklərini qeyd edib. O, regional məsuliyyət və təşəbbüs prinsipləri əsasında sülhü müdafiə etməyə və onun əldə olunması istiqamətində çalışmağa davam edəcəklərini bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki