“Məncə, dövlət baba Daxili Qoşunları hərəkətə gətirib bu gün məktəblərə hücum edən hər kəsi tək-tək içəri atmalıdır! Çünki bunlarınkı açıq-aşkar dövlətə və xalqa hörmətsizlik, eyni zamanda təhsil sisteminə xain basqın oldu”.
İNFOAZ.MEDİA pravda.az-a istinadən xəbər verir ki, bunu Əməkdar jurnalist Azər Həsrət bildirib.
“Dövlətimizdən hərəkət gözləyirik! Müqavimət göstərəni də yerindəcə qandallamaq lazımdır ki, bir daha viran və bənzər mərkəzlərin təlimatı ilə başlarını belə qaldıra bilməsinlər. Və gerçək müsəlmanlar, sizin də səsinizi eşitmək istərdik. Məktəblərə hücum etmək, qapı-pəncərə sındırmaq, bapbalaca uşaqlara o həyəcanı yaşatmaq, zorakılıqla dövlətə qarşı çıxmaq varmı İslam dinində? Yoxdursa, siz də buyurun, mövqe qoyun ortalığa, bilək ki, İslam doğrudan da sülh dinidir…” – o qeyd edib.
























