Norveç əsgərləri sentyabrın 14–18-də Osloda keçirilən genişmiqyaslı hərbi təlim zamanı Çin şirkətinə məxsus Volvo avtomobillərinin video çəkərək görüntüləri yaddaşda saxladığını aşkar ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “DN” nəşri məlumat yayıb.
Məlumata görə, görüntülərdə əsgərlərin avtomobillərə minib-düşməsi, hərəkətləri, olduqları məkanlar, eləcə də məhdud girişli ərazilərə daxil olmaq üçün istifadə edilən təhlükəsizlik kodları qeydə alınıb.
Bu halın aşkar edilməsinə baxmayaraq, alternativ nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən hərbçilər həmin avtomobillərdən istifadəni davam etdiriblər.
Rauf
























