Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə mümkün seçkilərlə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsini istəməsi ilə bağlı bildirib ki, ölkə rəhbərini yalnız Ukrayna xalqı dəyişə bilər.
Zelenski seçkilərə hazır olduğunu da vurğulayıb. O qeyd edib ki, seçkilərin təşkili üçün hazırlıq işlərinin görülməsi və infrastrukturun təhlükəsizliyinin təmin olunması məqsədilə ən azı 60 gün vaxt lazımdır.
Jalə
























