image-barackobama-799035cd446c443fb392110c01768ed0backend

Obama: Regionda müharibələrin dayanması insanlar üçün faydalı olar

ABŞ-ın sabiq prezidenti Barak Obama İran və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikirlərini bölüşüb.

İNFOAZ.MEDİA xəbər verir ki, Obama bildirib ki, hər bir müharibənin əsas yükünü adi insanlar daşıyır və bölgədə yaşayan ailələr gündəlik həyatlarını davam etdirməyə çalışırlar.

Sabiq prezident qeyd edib ki, regionda qarşıdurmaların dayandırılması ilk növbədə orada yaşayan insanlar üçün müsbət nəticə verə bilər.

O əlavə edib ki, Hörmüz vasitəsilə gəmiçiliyin bərpa olunması zamanla yanacaq və enerji qiymətlərinin azalmasına, bunun da adi insanların həyatına müsbət təsir göstərməsinə kömək edə bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki