ABŞ-ın keçmiş prezidenti Barak Obama bildirib ki, prezidentlik dövrünün yaratdığı diqqət və rəsmi mərasimlər üçün darıxmır.
İNFOAZ.MEDİA xəbər verir ki, Obama qeyd edib ki, insanların otağa daxil olanda ayağa qalxması və hər gün qalstuk taxmaq kimi prezidentliyə xas məqamları heç vaxt xüsusi olaraq arzulamayıb.
“Prezidentlikdəki bütün o səs-küy üçün darıxmamışam. Otağa girəndə hamının ayağa qalxması və hər gün qalstuk taxmaq — bunlar üçün darıxmıram”, – deyə o bildirib.
Keçmiş prezident əlavə edib ki, o, heç vaxt diqqət mərkəzində olmaq ehtiyacı ilə siyasətə gələn insanlardan olmayıb.
Rauf
























