ABŞ-ın sabiq prezidenti Barak Obama ölkənin müxtəliflik üzərində qurulan demokratik modelinə münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Obama qeyd edib ki, ABŞ-ın çoxmillətli, çoxetnik və çoxdinli demokratiya modeli işlək ola bilər və bu yanaşma gələcəyə dair nikbinlik yaradır.
Sabiq prezidentin sözlərinə görə, fərqli sosial və mədəni qrupların bir arada fəaliyyət göstərməsi demokratik sistemin güclü tərəflərindən biridir.
O əlavə edib ki, bu modelə inam ölkənin gələcək inkişafı ilə bağlı pozitiv gözləntiləri gücləndirən əsas amillərdən hesab olunur.
Rauf
























