image-6a5e3f63a15094-59816069backend

Nyu-Yorkda federal binanın qarşısında yandırıcı qurğu partladıldı, şübhəli saxlanıldı

ABŞ-ın Nyu-York şəhərində yerləşən 26 Federal Plaza binasının qarşısında yandırıcı qurğunun işə salınmasında şübhəli bilinən şəxs saxlanılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, binada immiqrasiya məhkəməsi, Federal Təhqiqat Bürosunun (FBI) və ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) ofisləri fəaliyyət göstərir.

Hadisədən sonra bina təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.

Polis hadisə yerində odlu silah da aşkar edib. Faktla bağlı araşdırmanı FBI-nin Terrorla Mübarizə üzrə Birgə İşçi Qrupu aparır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki