Niger prezidenti Əbdürrəhman Çianinin Hərbi Qərargah rəisi Amadou İbro ölkənin Fransa ilə müharibə vəziyyətində olduğunu elan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, əvvəllər rəsmi olaraq müharibə elan olunmasa da, hazırda Niger Fransa ilə müharibəyə daxil olub. İbro bildirib ki, daha əvvəl təsdiqlənmiş səfərbərlik haqqında hökumət fərmanı da məhz Fransa ilə mümkün qarşıdurmaya hazırlıq məqsədi daşıyıb.
Bundan əvvəl Niger hakimiyyəti ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb və onların ölkəyə girişinə qadağa qoyub. Bu qərar qarşılıqlılıq prinsipinə əsaslanır və Nigerin diplomatik siyasətindəki dəyişiklikləri əks etdirir.
Təbriz Dünyamalızadə
























