NATO müdafiə nazirləri fevralın 12-də Brüsseldə Ankarada keçiriləcək sammitə hazırlıq məqsədilə bir araya gələcəklər. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, toplantıda 32 üzv ölkənin müdafiə naziri iştirak edəcək. NATO-nun baş katibi Mark Rutte həmçinin NATO-Ukrayna Şurasının iclasının keçiriləcəyini bildirib. İclasda Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov və Aİ nümayəndələri də iştirak edəcəklər. Daha sonra nazirlər Böyük Britaniya və Almaniyanın həmsədrliyi ilə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun görüşünə qatılacaqlar.
Bundan əvvəl NATO ABŞ prezidenti Donald Trampın alyansın Arktikadakı fəaliyyətinə dair tənqidlərinə cavab olaraq “Arktika keşikçisi” əməliyyatına start verib. Britaniya mediasına görə, missiya regionda təhlükəsizliyin gücləndirilməsinə yönəlib.
Rauf
























