NATO Arktikada təlimlərə başladıbackend

NATO Arktikada təlimlərə başladı

NATO Arktikadakı hərbi mövcudluğunu gücləndirmək üçün “Arktika keşikçisi” missiyasına start verib. Missiya alyansın bölgədəki hərbi fəaliyyətini koordinasiya edəcək və Danimarkanın Qrenlandiyada keçirdiyi “Arktika Dözümlülüyü” təlimlərinə bənzər hərbi məşqləri əhatə edəcək.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, missiya çərçivəsində hərbi təlimlər, nəzarətin gücləndirilməsi, həmçinin dronlar, gəmi və təyyarələrin yerləşdirilməsi nəzərdə tutulur. NATO-nun SHAPE sözçüsü polkovnik Martin O’Donnell bildirib ki, Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda müttəfiqlər Arktikada müşahidə əməliyyatına başlayıblar.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki