zəlzələbackend

Muğla sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

Türkiyənin Muğla vilayətinin Datça rayonu yaxınlığında, Aralıq dənizində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

İNFOAZ.MEDİA xəbər verir ki, yeraltı təkan dənizin təxminən 19,87 kilometr dərinliyində baş verib.

İlkin məlumatlarda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatının olmadığı bildirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki