İranın ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yeni detallar yayılıb. The New York Times nəşri yazır ki, o, ağır xəsarətlərdən sonra müalicə prosesini davam etdirir.
İNFOAZ.MEDİA xəbər verir ki, Xameneinin ayaqlarından biri üç dəfə əməliyyat olunub və gələcəkdə protezə ehtiyac yarana bilər. Eyni zamanda onun əlindən də cərrahi müdaxilə keçirildiyi və funksiyanın tədricən bərpa olunduğu qeyd olunur.
Məlumata görə, liderin üz və dodaq nahiyəsində ciddi yanıq xəsarətləri var və bu səbəbdən danışmaqda çətinlik çəkir. Həkimlərin onun üçün plastik cərrahiyyə əməliyyatı planlaşdırdığı bildirilir.
Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərdə Xameneinin müharibənin ilk günlərində yaralandığı və uzun müddətdir ictimaiyyət qarşısına çıxmadığı bildirilirdi.
Rauf
























