Ukrayna Təhlükəsizlik Xidməti ukraynalı oliqarx Vadim Yermolayevə qarşı Monakoda törədilən sui-qəsd cəhdinə aid görüntüləri əldə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, sui-qəsdi həyata keçirmək istəyən şəxslər əməliyyatın uğurla başa çatdığını sübut etmək üçün hadisə yerinin yaxınlığında gizli kamera quraşdırıblar.
Bildirilir ki, hücumçular sonradan həmin görüntüləri məhv etməyə cəhd etsələr də, Ukrayna Təhlükəsizlik Xidməti videoyazını bərpa edərək ələ keçirə bilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Rauf
























