image-1754112994-1737043113_meyit7backend

Mingəçevirdə hərbçinin meyiti aşkarlandı

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində yerləşən binalardan birinin mənzilində baş verib. Əslən Naxçıvandan olduğu bildirilən və şəhərdəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) gənc hərbçinin meyiti kirayədə yaşadığı mənzildə aşkar edilib.

Məlumata görə, meyit binanın 4-cü mərtəbəsində yerləşən mənzildə tapılıb. İlkin baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.

Meyitin kimə məxsus olduğu və ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.(unikal)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki