Məşhur amerikalı aktyor Erik Deyn 53 yaşında vəfat edib.
İNFOAZ.MEDİA xəbər verir ki, aktyor “Eyforiya”, “Qreysin Anatomiyası”, “İks Adamlar: Sonuncu Dayanacaq” və digər ekran işlərindəki rolları ilə tanınırdı.
Məlumata görə, Erik Deyn Los-Ancelesdə yerləşən xəstəxanalardan birində vəfat edib.
Xatırladaq ki, aktyor amiotrofik lateral skleroz əziyyət çəkirdi. Buna baxmayaraq, o, son vaxtlara qədər filmlərdə çəkilməyə davam edirdi.
Jalə
























