image-merzzbackend

Merts: Fransa ilə əməkdaşlığımız seçkilərdən asılı olmayacaq

Almaniya kansleri Fridrix Merts Fransa ilə ikitərəfli münasibətlərin gələcəyi barədə danışaraq, əməkdaşlığın seçkilərin nəticəsindən asılı olmayacağını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merts qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron növbəti prezident ola bilməyəcək, lakin onun varisinin də hər iki ölkənin maraqlarına uyğun qərarlar qəbul edəcəyinə inanır.

“Emmanuel Makron Fransanın növbəti prezidenti ola bilməyəcək. Lakin hesab edirəm ki, onu əvəz edəcək şəxs də ölkələrimizin maraqları baxımından doğru və zəruri hesab olunan istiqamətdə hərəkət edəcək”, – deyə kansler bildirib.

O vurğulayıb ki, Almaniya Fransa ilə münasibətləri mümkün qədər sıx, dərin və etibarlı şəkildə inkişaf etdirmək üçün səylərini davam etdirəcək. Mertsin sözlərinə görə, bu yanaşma həm Yelisey sarayı, həm də Fransa Milli Assambleyası ilə münasibətlərə aiddir.

“Fransa xalqı necə səs verməsindən asılı olmayaraq, Almaniyanın əli Fransa ilə daha dərin və etibarlı əməkdaşlıq üçün həmişə uzadılmış olacaq”, – deyə kansler əlavə edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki