Almaniya kansleri Fridrix Merts ölkə iqtisadiyyatındakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, hazırda Almaniyada hər gün 300–500 arasında iş yeri itirilir. Onun sözlərinə görə, eyni zamanda hər gün ikirəqəmli sayda şirkət müflis olmaq üçün müraciət edir.
Kansler qeyd edib ki, yaranmış çətin vəziyyətdən mümkün qədər tez çıxmaq əsas prioritetlərdən biridir.
“Biz Almaniyada iş yerlərinin yenidən təhlükəsiz olmasını və alman şirkətlərinin həm beynəlxalq, həm də daxili bazarda rəqabətqabiliyyətli fəaliyyət göstərməsini ən qısa zamanda təmin etməliyik”, – deyə Merts vurğulayıb.
O əlavə edib ki, iqtisadi sabitliyin bərpası və biznes mühitinin gücləndirilməsi hökumətin əsas istiqamətlərindən biri olacaq.
Jalə
























