Amerikalı milyarder İlon Mask bildirib ki, bəşəriyyət kosmosu araşdırarkən yadplanetli sivilizasiyalarla qarşılaşa bilər. O, X sosial şəbəkəsində çıxışında qeyd edib ki, Aya və Marsa missiyalar, Günəş sistemində səyahət və digər ulduz sistemlərinə çıxış bəşəriyyət üçün böyük perspektivlər açır. Mask əlavə edib ki, qədim yadplanetli sivilizasiyaların qalıqları tapıla bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, Mask planlarının həyata keçirilməsi üçün Ayda şəhərlər tikmək və xüsusi buraxılış qurğuları—“katapult”—yaratmaq lazım olduğunu deyib. Bu sistemlər süni intellektlə təchiz olunmuş peykləri kosmosa buraxacaq.
O, ayda özünü təmin edən şəhərin 10 ildən az, Marsdakı şəhərin isə 20 ildən çox müddətdə mümkün olacağını bildirib. Aya uçuşlar hər 10 gündə, Marsa isə hər 26 ayda bir reallaşa bilər.
Jalə
























