image-rubio-ai-impostorbackend

Marko Rubio: “Kommunizm nəzəriyyədə də yaxşı səslənmir”

ABŞ dövlət katibi Marko Rubio kommunizm barədə sərt fikirlər səsləndirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, kommunizm haqqında tez-tez “nəzəriyyədə yaxşı səslənir, amma praktikada işləmir” fikri səsləndirilsə də, o, bu yanaşma ilə razı deyil.

“Nəzəriyyədə də kommunizm yaxşı səslənmir. Onun təsəvvür etdiyi dünya kiçik, boz və hamını eyniləşdirən bir dünyadır. Bu, insan ruhundakı bütün yaxşı və nəcib xüsusiyyətlərin yox edildiyi bir dünyadır”, – deyə Rubio bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, kommunizmin təsəvvür etdiyi dünyada cəsarət, yaradıcılıq, ambisiya, qəhrəmanlar, böyük ideallar, möcüzələr və insanları fərqləndirən qeyri-adi nailiyyətlər üçün yer yoxdur.

Rubio əlavə edib ki, kommunizmin nəzərdə tutduğu dünya eyni zamanda “Tanrısız bir dünyadır”.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki