ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazının yenidən tam fəaliyyətə başlaması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubionun sözlərinə görə, tərəflər arasında hələlik yekun razılaşma əldə edilməsə də, bunun yaxın vaxtlarda baş tutacağına ümid edilir.
“Danışıqlarda irəliləyiş var, lakin hələ yekun razılaşma əldə olunmayıb. Ümid edirik ki, razılaşma çox qısa zamanda yekunlaşacaq”, – deyə o bildirib.
Jalə
























