ABŞ dövlət katibi Marko Rubio İranla bağlı açıqlamasında Hörmüz boğazında beynəlxalq gəmiçiliyin maneəsiz təmin edilməsinin vacibliyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, boğaz açıq olmalı, gəmilərdən rüsum alınmamalı və onlara qarşı hücumlar həyata keçirilməməlidir. Onun sözlərinə görə, İran mövcud razılaşmanın şərtlərini pozursa, həmin razılaşmanın qüvvədə qaldığını söyləmək mümkün deyil.
Bununla yanaşı, ABŞ dövlət katibi Vaşinqtonun diplomatik həll yoluna sadiq qaldığını qeyd edib.
“ABŞ hər zaman diplomatik həllə açıqdır. İranla dəfələrlə dialoqa cəhd etmişik və bunu davam etdirəcəyik. Əgər bu qapı açılsa, bunu məmnuniyyətlə qarşılayacağıq”, – deyə Rubio bildirib.
Jalə
























