Fransa Prezidenti Emmanuel Makron Dəməşqdə səfəri zamanı Suriyada keçmiş rejim tərəfindən bağlanan fransızdilli xristian məktəblərinin yenidən fəaliyyətə başlamasını istədiklərini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron qeyd edib ki, Fransa bu təhsil ocaqlarının bərpasını dəstəkləyir və onların yenidən açılmasını vacib hesab edir. Onun sözlərinə görə, fransızdilli məktəblərin fəaliyyəti Suriyada təhsil, mədəniyyət və dini müxtəlifliyin qorunmasına töhfə verəcək.
Fransa Prezidenti bu addımın ölkədə normal həyata qayıdış və beynəlxalq əməkdaşlığın inkişafı baxımından da əhəmiyyət daşıdığını vurğulayıb.
Rauf
























