Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibə istəmədiyini, lakin heç bir təhdid qarşısında geri çəkilməyəcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Lukaşenko çıxışı zamanı deyib: “Biz sülhsevər xalqıq. Müharibə istəmirik, lakin düşmən qarşısında baş əyməyəcəyik.”
Belarus lideri vurğulayıb ki, ölkəsi sülh tərəfdarı olsa da, milli təhlükəsizliyi və suverenliyini qorumaq üçün lazım olan bütün addımları atmağa hazırdır.
Rauf
























