image-5976606671138131702backend

Lockheed Martin Patriot sistemi üçün daha ucuz PAC-3 ACE raketini təqdim etdi

ABŞ-ın müdafiə sənayesi şirkəti Lockheed Martin Patriot hava hücumundan müdafiə sistemi üçün yeni PAC-3 Adapted Capability Effector (ACE) tutucu raketini təqdim edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Şirkətin məlumatına görə, yeni raketin qiymətinin hazırda təxminən 4 milyon dollara başa gələn PAC-3 MSE raketindən iki dəfədən də aşağı olması gözlənilir.

Lockheed Martin bildirib ki, yeni PAC-3 ACE raketinin istehsalına təxminən 36 ay ərzində başlanılması planlaşdırılır.

Yeni raketin Patriot sisteminin imkanlarını daha aşağı maliyyətlə artırması və hava hücumundan müdafiə ehtiyaclarının daha səmərəli qarşılanmasına xidmət etməsi nəzərdə tutulur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki