image-5384140658781657113backend

Litva prezidenti: Rusiya NATO ölkələrinin kritik infrastrukturuna hücumlar hazırlayır

Litva Prezidenti Gitanas Nauseda ölkəsinin kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Rusiya NATO üzvü olan ölkələrin kritik infrastrukturuna qarşı mümkün hücumlara hazırlaşır.

İNFOAZ.MEDİA xəbər verir ki, Nausedanın sözlərinə görə, kəşfiyyatın əlində hücumların konkret harada və nə vaxt baş verəcəyinə dair məlumat yoxdur. O qeyd edib ki, bunun müəyyən edilməsi mümkün deyil və qarşı tərəf planlaşdırma prosesini hələ başa çatdırmamış ola bilər.

Litva prezidenti vurğulayıb ki, kəşfiyyata hazırda yalnız belə hazırlığın aparıldığı və bunun əsas məqsədinin kritik infrastrukturu hədəfə almaq olduğu məlumdur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki