image-2026-02-13t041914z_463900788_mt1usatoday28224019_rtrmadp_3_nba-dallas-mavericks-at-los-angeles-lakers-jpgbackend

Lebron Ceyms NBA rekordunu qırdı

Fevralın 13-də “Los Angeles Lakers”in hücumçusu Lebron Ceyms NBA tarixində tripl-dabl edən ən yaşlı basketbolçu olub.

İNFOAZ.MEDİA xəbər verir ki, “Dallas Mavericks” üzərində 124:104 hesablı qələbə ilə başa çatan oyunda 41 yaşlı Ceyms 28 xal, 12 məhsuldar ötürmə və 10 ribaundla yadda qalıb.

Bununla o, 2003-cü ildə 40 yaş 127 günlüyündə rekord müəyyənləşdirən Karl Maloneu geridə qoyub.

Qeyd edək ki, Ceyms NBA-da 23-cü mövsümünü keçirir. O, dördqat çempion və dörd dəfə MVP mükafatına layiq görülüb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki