Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib.
Hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.// Unikal






