Pakistan və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ilkin danışıqlara başlayıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi müqabilində enerji sahəsində əməkdaşlığın və investisiyaların artırılmasını müzakirə edirlər.
Məlumata əsasən, Küveyt Səudiyyə Ərəbistanı ilə tətbiq olunan təhlükəsizlik modelinə bənzər razılaşma əldə etmək istəyir. Bu çərçivədə Pakistan hərbçilərinin, qırıcı təyyarələrin, pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin və digər hərbi imkanların cəlb edilməsi nəzərdən keçirilə bilər.
Bununla belə, Pakistan rəsmiləri döyüş təyinatlı qoşunların Küveytə göndərilməsinin hazırda müzakirə olunmadığını bildiriblər. Onlar vurğulayıblar ki, danışıqlar hələ ilkin mərhələdədir və yekun qərar qəbul edilməyib.
Jalə
























