Kuba Prezidenti Migel Diaz-Kanel Bermudes mümkün hərbi təhdidlərə münasibət bildirərək ölkəsinin suverenliyini qorumağa hazır olduğunu bəyan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, Sky News-a müsahibəsində bildirib ki, Kubaya qarşı hər hansı hücum olacağı təqdirdə xalq birlik və qətiyyət nümayiş etdirəcək.
“Əgər hücum baş verərsə, Kuba xalqı birlik içində, qətiyyətlə və suverenliyimizi müdafiə edərək cavab verəcək. Biz müharibə istəmirik, lakin ondan qorxmuruq. Eyni zamanda, gözlənilməz vəziyyətlə üzləşməmək və məğlub olmamaq üçün hazırlıq görürük”, – deyə Kuba lideri vurğulayıb.
Jalə
























