image-nocomment_9a237c8fc5ff400bcf9ef766ba6f42f6_a6vwrftcj2zyhxobsulibackend

Kreml Moskva ilə Paris arasında əlaqələrin olduğunu təsdiqləyib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Paris arasında əlaqələrin mövcud olduğunu təsdiqləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Rusiya Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə münasibətlərin bərpasının vacibliyi ilə bağlı açıqlamalarını nəzərə alıb. Peskov əlavə edib ki, Moskva Fransa liderinin bu mövqeyindən təsirlənib.

Qeyd edək ki, Emmanuel Makron daha əvvəl diplomatik müşavirinin Rusiyaya səfər etdiyini açıqlamışdı. Səfərin məqsədi iki ölkə arasında dialoqun bərpası istiqamətində Rusiya rəsmiləri ilə görüşlərin keçirilməsi olub.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki