image-wr-960-1backend

Kolumbiyada şiddətli yağışlar nəticəsində 22 nəfər öldü

Kolumbiyada son iki həftədir davam edən güclü yağışlar nəticəsində azı 22 nəfər həyatını itirib, minlərlə insan zərər çəkib.

İNFOAZ.MEDİA xəbər verir ki, yanvar ayında yağıntının həcmi normadan 64 faizdən çox olub. Bu vəziyyət Şimali Amerikadan gələn soyuq hava cəbhəsi ilə əlaqələndirilir.

Ən ciddi fəsadlar Kordova və Sukre departamentlərində qeydə alınıb. Bu bölgələrdə 14 nəfərin öldüyü, ən azı 9 min evin zədələndiyi bildirilir. Monteriya şəhərində isə daşqınların təxminən 150 min nəfərə təsir etdiyi qeyd olunur.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki