Kiprin xarici işlər naziri Konstantinos Kombos Türkiyənin son illərdə ciddi şəkildə dəyişdiyini bildirərək, mövcud vəziyyətin əvvəlki dövrlərlə müqayisə oluna bilməyəcəyini deyib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Bu gün qarşı-qarşıya olduğumuz Türkiyə 10 il əvvəlki Türkiyə ilə heç bir əlaqəsi olmayan, tamamilə fərqli bir Türkiyədir”, – deyə Kombos vurğulayıb.
Nazir həmçinin ölkəsində mövcud təhlükə səviyyəsinə uyğun milli həmrəyliyin formalaşmadığını bildirib. Onun sözlərinə görə, bu fikirləri səsləndirdiyinə görə daha əvvəl “qorxu yaymaqda” ittiham edilsə də, məqsədinin insanlarda təşviş yaratmaq olmadığını deyib.
Kombos qeyd edib ki, söylədikləri faktlara və statistik göstəricilərə əsaslanır və istənilən vaxt bu barədə konkret rəqəmlər təqdim edə bilər.
Rauf
























