Kanadada yaşayan azərbaycanlı Cavid Babazadə faciəvi hadisə nəticəsində həyatını itirib.
Məlumata görə, o, yüksəkmərtəbəli binadan yıxılaraq dünyasını dəyişib.
Bildirilib ki, Cavid Babazadə Kanadanın Toronto şəhərində yaşayır və bank sektorunda fəaliyyət göstərirdi.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
























