image-db8dcbf664_1068056650_0030722048_1920x0_80_0_0_f04c9750df705ef7b526961c858d7424backend

Japarov Təhlükəsizlik Komitəsinin sədrini VƏZİFƏSİNDƏN AZAD ETDİ

Qırğızıstan prezidenti Sadır Japarov Baş Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi vəzifəsindən azad edib.

Ölkədə prezidentdən sonra ikinci ən nüfuzlu fiqur sayılan Taşiyevin istefası, prezidentlik müddəti və mümkün erkən seçkilərlə bağlı müzakirələrin gücləndiyi bir dövrə təsadüf edib.

İNFOAZ.MEDİA yazır ki, Kamçıbek Taşiyev hazırda ölkə xaricindədir və bir neçə gün əvvəl müalicə məqsədilə Almaniyaya gedib.

Xatırladaq ki, fevralın əvvəlində bir qrup qırğız ictimai xadimi prezident Sadır Japarova erkən prezident seçkilərinin keçirilməsini təklif edib.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki