İtaliyanın xarici işlər naziri Antonio Tayani İsrailin Milli təhlükəsizlik naziri Ben Qvir barədə sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tayani bildirib ki, Ben-Qvir davranışları və mövqeyi ilə nazir vəzifəsini icra etməyə, eləcə də İsrail xalqını təmsil etməyə layiq olmadığını nümayiş etdirib.
İtaliya XİN rəhbəri əlavə edib ki, İsrael daxilində də çoxsaylı siyasi və ictimai fiqurlar Ben-Qvirin mövqeyindən açıq şəkildə uzaqlaşdıqlarını və onunla razı olmadıqlarını bəyan ediblər.
Rauf
























