İsrail Müdafiə Nazirliyi ABŞ-dan alınan minlərlə ton hərbi texnikanın daşındığı daha bir yük gəmisinin Hayfa limanında boşaldıldığını açıqlayıb. Gəmi ilə gətirilən texnikanın İsrail Müdafiə Qüvvələrinin quru qoşunlarının əməliyyat hazırlığını gücləndirmək üçün istifadə olunacağı bildirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, yükün tərkibində D9 zirehli buldozerləri, JLTV zirehli taktiki avtomobilləri, Humvee-lər, Oshkosh yük maşınları və digər hərbi avadanlıqların olduğu qeyd edilib. Texnikanın boşaldılmasından sonra IDF bölmələrinə təhvil veriləcəyi açıqlanıb.
İsrail Müdafiə Nazirliyi ABŞ-dan hərbi texnika və sursatların tədarükü üzrə daşınmaların davam etdiyini bildirib.
Jalə
























