İsrail təhlükəsizlik orqanları Nazaret şəhərindən olan 29 yaşlı ərəb əsilli İsrail vətəndaşı Məhəmməd Əvvadı saxlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İsrail rəsmilərinin iddiasına görə, Əvvad HƏMAS-a qoşulmağa cəhd edib və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sui-qəsd həyata keçirməyi planlaşdırıb.
Hazırda faktla bağlı araşdırma aparılır. İsrail tərəfi saxlanılan şəxsin fəaliyyətinin milli təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildirir.
Rauf
























