Amixay Çiklibackend

İsrail naziri: “Bu şəxs İsrailin növbəti düşmənidir – arxasında supergüc dayanır”

İsrailin Diaspor İşləri naziri Amixay Çikli Suriyanın hazırkı lideri Əhməd əş-Şaraanı İsrail üçün gələcəkdə əsas təhlükələrdən biri kimi qiymətləndirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Çikli bildirib ki, cihadçı qrupların fəaliyyəti ilə bağlı elementar biliklərə sahib olan hər kəs “Şaraanın İsrailin növbəti düşməni olduğunu” anlayar. Onun sözlərinə görə, Suriyanın iki dəniz limanına və arxasında “supergüc”ə malik olması vəziyyəti daha təhlükəli edir.

İsrail rəsmisi daha əvvəl də Suriya və Türkiyəni İsrail üçün İrandan daha ciddi təhlükə hesab etdiyini və İsrailin gec-tez Suriya ilə müharibə aparacağını bildirmişdi.

Çikli 2025-ci ildə də əş-Şaraan sərt şəkildə tənqid edərək onunla sülh razılaşmasının mümkün olmadığını bildirmiş və Türkiyə-Suriya ittifaqını İsrail üçün ciddi təhlükə kimi xarakterizə etmişdi.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki