İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İrana qarşı mümkün birgə hərbi əməliyyatı müzakirə etmək niyyətindədir.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ–İran danışıqlarının nəticəsiz qalacağı təqdirdə mümkün hərbi variantları gündəmə gətirəcək. İsrail tərəfi ehtimal olunan ssenarilərə hazırlaşır.
Netanyahu Trampa İranın hazırkı hərbi imkanları ilə bağlı yeni kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ-ın İrana qarşı “çox sərt” addımlar ata biləcəyini bildirmişdi.
Jalə
























