İsrail hökuməti ABŞ-nin təzyiqindən sonra Ben Qurion Beynəlxalq Hava Limanında ABŞ-yə məxsus yanacaqdaşıyan hərbi təyyarələrə tətbiq edilən qadağanı ləğv edib.
İNFOAZ.MEDİA xəbər verir ki, nəqliyyat naziri Miri Regev tərəfindən tətbiq olunan məhdudiyyət bu səhər qüvvədən götürülüb.
Hazırda ABŞ İsraildə yerləşən 34 yanacaqdaşıyan hərbi təyyarəsini Ben Qurion hava limanı əvəzinə İsrail Hərbi Hava Qüvvələrinin bazalarına və digər hərbi obyektlərə köçürmək üzərində çalışır.
Rauf
























