İran İslam Respublikası Teleradio Şirkətinin (IRIB) ilk geostasionar peyki olan “Jam-e Jam 1” (Iran DBS) Baykonur kosmodromundan uğurla kosmosa buraxılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, yerli İran mediasının yaydığı məlumata görə, peyk güclü Proton-M raketi vasitəsilə orbitə çıxarılıb. “Jam-e Jam 1” İranın geostasionar yayım peykləri sahəsində ilk texniki təcrübəsi kimi qiymətləndirilir.
Bildirilir ki, peyk üç həftədən az müddətdə 34° şərq uzunluğu orbital mövqeyində sabitləşdiriləcək. Layihənin əsas məqsədi yerüstü stansiyalara siqnal ötürmək və ölkənin yeni “interaktiv yayım” texnologiyası üçün zəruri infrastrukturun formalaşdırılmasıdır.
Ənənəvi televiziya peyklərindən fərqli olaraq, “Jam-e Jam 1” peykinin siqnalları məişət tipli peyk qəbulediciləri ilə qəbul edilə bilmir. Siqnalları yalnız peşəkar və ixtisaslaşdırılmış avadanlıqlar vasitəsilə əldə etmək mümkündür. Peyk IRIB-in mesaj paylama şəbəkəsində əsas infrastruktur elementi rolunu oynayır.
Rauf
























